Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 20 % artıb

Bu ilin mart ayında Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı əvvəlki ayla müqayisədə 20 % artıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, fevral ayında orta statistik hesabla gün ərzində 5 104 sərnişin QR biletdən istifadə edibsə, martda bu rəqəm 5 728 nəfər təşkil edib.
Ümumiyyətlə, iş günlərində artım daha çox müşahidə olunub. Fevralın iş günlərində istifadəçi sayı 6 mindən artıq olurdusa, mart ayının hər iş günündə 7 350-dən artıq istifadəçi sayı qeydə alınıb. Martın 5-də 8 min 410, ayın 28-də 8 min 84 QR ilə ödəniş edilib.
Stansiyalar arasında rekord göstərici yenə “28 May” stansiyasına məxsusdur – 16 min 449 sərnişin. Ay ərzində QR biletdən cəmi istifadəçi sayı isə 177 min 567 təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının 30-dan Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəmə sisteminin tətbiqinə başlanılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












