Bakı metrosunda SƏRNİŞİNDAŞIMA 4,7% artıb

Bu ilin fevral ayında Bakı metrosunda sərnişindaşıma illik müqayisədə 4,7 % artıb.
Avtosfer.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, fevral ayında Bakı metropolitenindən 17 milyon 895 min 498 sərnişin istifadə edib. Əvvəlki illərin fevral ayları ilə müqayisədə, 2019-cu ilə nəzərən 2024-cü ilin ikinci ayında 3,1 % az, 2022-ci ilin eyni dövrünə uyğun olaraq 19,3 % çox sərnişin daşınıb.
Ötən ay daşınan sərnişinlərdən 472 min 764-ü güzəştli və ya ödənişsiz sərnişinlər olub. Metropoliten orta statistik hesabla gün ərzində 617 min 85 sərnişin daşıyıb.
Ən çox sərnişin fevral ayının 26-sı daşınıb – 769 min 386 nəfər. Fevralın 18-i ən az – 389 min 726 sərnişin metropolitenə daxil olub.
Fevral ayı paytaxtın tədris ocaqlarında yeni ildə ilk dərs dövrünün başlanması ilə əlamətdar olub. Bu səbəbdən fevral ayının 19-dan hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümumən həmin gündən başlayaraq, 9 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 748 min 916 nəfər təşkil edib. Ondan əvvəlki 11 iş günü ərzində isə gündəlik sərnişindaşıma orta hesabla 612 min 530 nəfərə bərabər olub. Beləliklə, iki fərqli dövr arasında gündəlik sərnişindaşıma fərqi 136 min 386 sərnişin təşkil edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












