Bakı metrosunun monitorlarında yer adları niyə səhvdir?- FOTOLAR

Bakı metrosunun qatarlarının monitorlarında bəzi səhvlər var.
Avtosfer.az azpost-a istinadən xəbər verir ki, monitorlarda bəzi yer adları düzgün yazılmayıb.
Belə ki, “ASK Arena”nın adı “Şəfa stadionu” yazılıb. Hansı ki, “Şəfa”dan sonra oranın adı uzun illər “İnter Arena” olub və son olaraq “ASK Arena” kimi dəyişdirilib.
“Nizami” stansiyasının yanındakı məscidin adı “Suıtanbəy” yazılıb. İbadət ocağı xeyriyyəçi Hacı Sultanəli Haşım oğlunun sifarişi ilə tikilib və elə onun şərəfinə də indi də “Hacı Sultanəli məscidi” adlanır.
Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman-Konsert Kompleksinin adı da səhv qeyd edilənlər sırasındadır. “İdman və Konsert” deyil, “İdman-Konsert” yazılır. Həmçinin “İ” hərfi də nöqtəli olmalıdır, əks halda, böyük “I” hərfi olur.
Son olaraq, “Tofiq Behramov adına stadion” deyil, “Tofiq Bəhramov adına Respublika Stadionu” olmalıdır.
Ehtilam olunur ki Bakı metrosunun monitorlarında proqram təminatını həyata keçirənlər bu barədə məlumatsız olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















