Bakı sakini Cəlilabadda 12 kiloqram narkotiklə tutuldu - FOTO

Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












