Bakı sakini sərxoş halda əşyalarını taksidə unutdu, polisə yalan məlumat verdi

Bakının Səbail rayonu M.Hüseynov küçəsində avqustun 3-də axşam saatlarında naməlum avtomobildən düşən iki şəxsin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Tariverdiyevi boğmağa cəhd göstərilməsi, sonra ölümlə hədləyib içərisində 1000 manat dəyərində geyim, mobil telefon və digər əşyalarının quldurluq yolu ilə talanması ilə bağlı polis müraciət daxil olub. 102 Zəng Mərkəzindən Səbail RPİ 9-cü Polis Bölməsinə daxil olan müraciət üzrə aparılan əməliyyat-axtarış tədbirləri ilə vətəndaşın talana məruz qalması məlumatı tam və hərtərəfli yoxlanılıb. Belə ki, vətəndaşın hərəkət marşurutu üzrə onun koordinatlarını çıxararaq və istifadə etdiyi taksini araşdırmaqla müəyyən edib ki, vətəndaş hər hansı talana məruz qalmayıb, izahatında göstərdiyi əşyalar taksidə unudulub.
Polis vətəndaşın unutduğu əşyaların sahibinə qaytarılmasını təmin etməklə, cinayət kimi qeydə alınan əməlin gercək mahiyyətini üzə çıxarıb. Məlum olub ki, vətəndaş həmin gün içkinin təsiri altında olduğu üçün unutqanlıq edib.
Bakı Şəhər Baş Polis idarəsinin Mətbuat xidməti "Report"a məlumatı təsdiqləyib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












