Bakı sakininə qarşı hədə-qorxu gələn şəxslər saxlanılıb
Xəbərlər
1 Noyabr 2021 14:16
Oxunub 684

Bakı şəhər sakininə qarşı hədə-qorxu gələn şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - O.Aslanov, A.Mineyev və Sumqayət şəhər sakini G.Cəfərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













