Bakı-Şamaxı yolunda son vəziyyət açıqlanıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində Şamaxı rayonu istiqamətində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
"Baxmayaraq ki, gecə saatlarından etibarən sözügedən hissədə xüsusi texnikalar qarın təmizlənməsinə cəlb edilib, amma əsən güclü külək nəticəsində yol kənarında olan qar yolun hərəkət hissəsini yenidən örtür.
Sözügedən problem ancaq Şamaxı rayonu istiqamətində müşahidə olunur. Yol ayrıcına quraşdırılmış dəmir-beton maneələr qarın digər istiqamətə keçməsinin qarşısını alır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin köməkliyi ilə magistral yolun sözügedən 6 km-lik ərazisində əks istiqamət üzrə, yəni paytaxt Bakı istiqamətində müvəqqəti ikitərəfli hərəkət təmin olunub.
Hazırda da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 39-45-ci km-lik hissəsində qarın təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə qurum bəyan edib.


Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












