Banner

Bakı Şəhər İcra Hakimiyyəti bu məsələyə həssas yanaşmalıdır

Xəbərlər 31 Oktyabr 2023 13:49
Bakı Şəhər İcra Hakimiyyəti bu məsələyə həssas yanaşmalıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün daha bir yol süpürən qadın yol qəzasının qurbanı oldu. Günün aktual mövzularından biri də bu işçilərin təhlükəsizliyinin təmin olunmasıdır. Demək olar ki, tez-tez belə qəzaların baş verməsi məsələnin hansı dərəcədə ciddi olduğunu ortaya qoyur. Bunun baş verməməsi üçün xüsusi texnikaların yolların təmizlənməsinə cəlb edilməsi daha məqsədəuyğun hesab edilir.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Herbiand.az-a birdirdi ki, aidiyyatı qurumların açıqlamalarına görə, bəzi küçələrdə texnikalardan istifadə olunması həyata keçirilir. Amma nəticə olaraq biz hələ də yollarda qadınların avtomobillə vurulmasının şahidi oluruq. İl ərzində bir neçə belə fakt qeydə alınır. Ancaq qarşısını almaq mümkün deyil.

Ekspertin fikrincə, bunun qarşısını almaq olar: “Hadisələr əsasən yüksək sürətli, magistral tipli yollarda baş verir. Bu baxımdan həmin ərazilərin təmizliyini xüsusi texnikalarla həyata keçirmək və yaxud təhlükəli ərazilərə daha gənc, daha çevik əməkdaşları cəlb etmək olar. Yəni yaşlı qadınları o ərazilərə təyin etmək məncə də düzgün deyil. Çünki onların hərəkəti, çevikliyi bəzən qəzadan xilas olmağa imkan vermir”.

Elməddin Muradlı yol təmizləyənlərin qorunması üçün işıqqaytarıcı elementləri olan jiletlərin verildiyini deyir: “Onların da artıq vaxtı keçir. Vaxtaşırı bu jiletlər təzələnməlidir. Təəssüflər olsun ki, bu geyimlərdən də çox istifadə edilmir. Məlum olduğu kimi, məqsədli şəkildə istifadə edilmir. İşçilər buna məsuliyyətsiz davranırlar”.

Ekspert bildirir ki, aidiyyəti qurumlar bu barədə ciddi düşünsələr, yaxşı olar: “Xüsusən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri bu məsələyə daha həssas yanaşmalıdırlar. Yəni ucuz işçi qüvvəsi olsun deyə, belə hərəkətlərlə qadınları, yaşlı insanları təhlükəyə atmaq olmaz. Düşünürəm ki, hər bir halda o yaşda insanların belə işlərə cəlb olunması bu gün əlverişli deyil”.

​​​​

Nğqliyyat eksperti Ərşad Hüseynov hesab edir ki, insan əməyindən adətən məhəllədaxili aşağı intensiv hərəkəti olan yerlərdə istifadə olunması daha məsləhətlidir. Yüksək sürətli yollara texnika cəlb olunmalıdır: “Bu gün ən əsası insanların əməyinin təhlükəsizliyi təmin olunmalıdır. Təhlükəsizliyin təmin olunması üçün isə hansı yolda yüksək sürət və yüksək hərəkət intensivliyi varsa, orada təmizlik işlərinə texnika cəlb olunmalıdır. Əgər yüksək hərəkət sürətli və hərəkət intensivliyi olan yerdə insan əməyi qaçılmazdırsa, o zaman həmin insanlara ilk növbədə, çox yüksək səviyyədə təhlükəsizliyi ilə bağlı təlimat verilməlidir”.

Ekspertin fikrincə, yollara xüsusi xəbərdarlıq nişanları da qoymaq olar. Xəbərdarlıq nişanını avtomobil vasitəsilə də tətbiq etmək mümkündür: “Sürücülər uzaq məsafədən avtomobili daha yaxşı görürlər. Tək bir insanı bəzəzn görmək mümkün olmaz, lakin xüsusi avtomobil vasitəsilə xəbərdarlıq etmək mümkündür”.

Ərşad Hüseynov bu məsələdə vətəndaşlarımızın da məsuliyyətli olmasını tövsiyə edirlər: “Bəzən vətəndaşlar da təmzliyə riayət etmirlər. bəzən küləkli havalarda tullantıların göydə uçduğunu şahidi oluruq. Bu səbəbdən də davranışlarımızda da dəyişiklik olmalıdır. Kommunal xidmətlər, yerli icra hakimiyyəti, bələdiyyələr məişət tullantılarının idarə olunmasında daha səmərəli üsullar tətbiq etməlidir. İnsanlar da səliqəli, mədəni olmalıdır. Əgər belə olsa, yolları da tez-tez təmizləməyə ehtiyac yaranmaz”.

Oxunub 658
ŞƏRH YAZ
Ad

E-mail

Şərh