Banner

Bakının bu küçələrində “Yaşıl dalğa” rejimi tətbiq edilir - SİYAHI - FOTO

Xəbərlər 15 Sentyabr 2026 09:36
Bakının bu küçələrində “Yaşıl dalğa” rejimi tətbiq edilir - SİYAHI - FOTO
WhatsApp kanalımıza abunə olun

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Həmçinin NİİM və yol polisi əməkdaşları ilə birgə süni sıxlığın yaranmasına səbəb olan hallar müşahidə edildikdə, dərhal zəruri tədbirlər görülür.

“Yaşıl dalğa” rejiminin tətbiq edildiyi küçə və prospektlər bunlardır:

1. Rəşid Behbudov küçəsi;

2. Mikayıl Müşfiq küçəsi;

3. 28 May küçəsi;

4. Bülbül prospekti;

5. Yusif Səfərov küçəsi;

6. Məhəmməd Füzuli küçəsi;

7. Akademik Həsən Əliyev küçəsi;

8. Əhməd bəy Ağaoğlu küçəsi;

9. Şah İsmayıl Xətai prospekti;

10. Fətəli xan Xoyski prospekti;

11. Atatürk prospekti;

12. Üzeyir Hacıbəyli küçəsi;

13. Azadlıq prospekti;

14. Əbduləzəl Dəmirçizadə küçəsi;

15. Əsəd Əhmədov küçəsi;

16. Abbas Mirzə Şərifzadə küçəsi;

17. Qara Qarayev prospekti;

18. 8 Noyabr prospekti.

FOTO QALEREYA
Oxunub : 294
ŞƏRH YAZ
Ad

E-mail

Şərh