Bakıda 120-dək skuter stansiyası olacaq - RƏSMİ

“Bakıda ümumilikdə 120-dək skuter stansiyasının olması gözlənilir. Velosipedlərin, skuterlərin yerləşdirilməsi vacibdir ki, insanlar istifadəyə başlaya bilsin. Bu işlərin davamı var”. Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. “Bakıda 160 kilometrə qədər ümumi avtobus şəbəkəmiz olmalıdırsa, hazırda təqribən 60 km var.
Onlar arasında əlaqənin yaradılması çox vacibdir. Başlıca işimiz qrafik üzrə hərəkətin təmin edilməsidir. Hazırda Abşeronda 50-nin üzərində layihə var. Dəmiryolu ilə bağlı qeyd edim ki, dəmir yolları 10 qatarla fəaliyyət göstərir. 4 qatar əlavə alınıb, hazırda testdədir. Metro ilə bağlı isə əlavə 35 qatarın xəttə buraxılması planlaşdırılır” , - deyə nazir müavini bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












