Bakıda 2 avtomobildən avtomat tapıldı

Bakıda iki avtomobildən avtomat silahları və patronlar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, DİN tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
Növbəti tədbirlər çərçivəsində 5 nəfər 3 avtomat silahı, 2 tapança, 1 patron darağı və 12 ədəd patronu könüllü şəkildə polis orqanlarına təhvil verib.
Bundan başqa, paytaxt sakinləri tərəfindən idarə olunan “Changan” və “Toyota” markalı avtomobillərdə aparılan yoxlamalar zamanı 2 avtomat silahı və 15 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı həmin şəxslərdən birinin borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qanunsuz silah saxlamaq cinayət məsuliyyəti yaradır, lakin könüllü təhvil verən şəxslərə qarşı cəza tədbiri tətbiq edilmir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












