Bakıda 23 min manatlıq oğurluq - VİDEO

Paytaxt ərazisində, metronun “28 May” stansiyasının yaxınlığında vətəndaş Elbrus Umudova qarşı soyğunçuluq edilib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxs onun içərisində 23 min manat olan çantasını soyğunçuluq yolu ilə əldə edərək hadisə yerindən qaçıb. Zərərçəkən hadisə barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Abbas Əkbərov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin bir hissəsi və 3 büküm şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Abbas Əkbərovun soyğuçuluq edəndən sonra hadisə yerindən yayınması ərazidə olan təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.
Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir. Abbas Əkbərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












