Bakıda 45 dəqiqəyə gedilən 100 metrlik yol - ŞİKAYƏT - FOTO - VİDEO

Bakının Binəqədi rayonunda nəqliyyat infrastrukturunun nizamsızlığı sürücüləri ciddi narahat edir.
Bununla bağlı oxu.az-a müraciət daxil olub.
Qeyd olunub ki, Süleyman Sani Axundov və Cəfər Xəndan küçələrinin kəsişməsində yolun həddən artıq dar olması və ətraf küçələrdən gələn avtomobillərin baş yolla hərəkət edən avtomobillərə yol verməməsi ərazidə xaotik vəziyyət yaradır.
"Günün pik saatlarında bu ərazidə avtomobillə hərəkət etmək, demək olar ki, mümkün olmur. Həmin saatlarda 100-200 metr ərazini qət edib dairəni dönmək üçün S.S.Axundov küçəsindən (Daxili Qoşunlar istiqamətindən - red.) gələn avtomobillər 40-45 dəqiqə gözləməli olurlar.

Məsələ ondan ibarətdir ki, S.S.Axundov küçəsi ilə hərəkət edən avtomobillər dairəyə daxil olan avtomobillərə yol verməlidirlər. Belə olan halda isə digər istiqamətdən, yəni 22-ci Dağlıq və Rövşən Hüseynov küçələrindən çıxan avtomobillər "Stop" nişanının tələbinə əməl etmədikləri üçün yolu kəsirlər. Ərazidə işıqfor olmadığı üçün hərəkət nizamsız hal alır. Üstəlik, yolda olan marketin qarşısındakı parkinq də, onsuz da, dar olan yoldakı vəziyyəti bir az da çətinləşdirir. Nəticədə C.Xəndan istiqamətindən gəlib S.S.Axundov istiqamətinə dönmə etmək mümkünsüz olduğu üçün o hissə də keçilməz olur. Bəzən pik saatlarda ərazidə elə xaotik vəziyyət yaranır ki, orada xidmətdə olan yol polisləri də hərəkəti nizamlaya bilmirlər", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ərazidə sürücülər yol nişanlarının tələblərinə riayət etməlidirlər.
"AYNA əməkdaşları tərəfindən C.Xəndan, 22-ci Dağlıq və R.Hüseynov küçələrində təhlillər aparılıb. Monitorinq zamanı dairəvi yol qovşağının yolun həndəsi parametrlərinə uyğun olaraq təşkili və zəruri yol nişanları ilə nişanlanma xətlərinin mövcud olduğu müəyyən edilib.
Qeyd edək ki, sözügedən yol sahəsində əvvəlcədən aparılmış dəyişikliklər nəticəsində altı küçənin kəsişdiyi mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq dairəvi hərəkət təşkil edilib. Yol qovşağında yaranan sıxlıq və mübahisəli vəziyyətlər nəqliyyat vasitələri sürücülərinin yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dairəvi yol qovşağında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə sürücülərin yol nişanlarının tələblərinə riayət etmələri zəruridir", - deyə qurumun məlumatında bildirilir.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











