Bakıda 7 kq narkotik dövriyyədən çıxarılıb, 23 nəfər tutulub

Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının sentyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 41, satışının təşkil edilməsi ilə əlaqəli 4 fakt aşkar edilib. Qeyd edilən cinayətlərdə şübhəli bilinən ümumilikdə 23 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 5 kiloqram narkotik vasitə heroin, həmçinin 2 kiloqrama matemfetamin və marixuana aşkar edilib. Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












