Bakıda ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir - FOTO

Bakıda ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edib. Bu barədə danışan Bakının Sabunçu rayon, Zabrat qəsəbə sakini Aytən Namazova qeyd edib ki, iyulun 31-də 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində əkiz uşaq dünyaya gətirib. Ana iddia edir ki, uşaqlardan biri oğurlanıb: “Doğuşdan əvvəl UZİ-dən keçmişəm. Həkimlər mənə əkiz uşaq dünyaya gətirəcəyimi bildirdilər. Lakin doğuşdan sonra mənə bir uşaq verildi”.
Məsələ ilə bağlı doğuşu həyata keçirən həkim-ginekoloq Xatirə Həsənova APA-ya açıqlamasında bildirib ki, Aytən Namazovanın şikayəti əsassızdır: “O, doğuşdan əvvəl bir dəfə UZİ-dən keçib. Həmin UZİ-nin nəticələri də səhv göstərilib. İstənilən vaxt kamera vasitəsi ilə yoxlama aparıla bilər”.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə məsələ ilə bağlı hazırda araşdırma aparıldığını bildirib. (APA)



Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












