Bakıda “Audi” , Hacıkənddə "Toyota" yanıb

Xəbərlər 4 İyun 2022 12:59
Bakıda “Audi” , Hacıkənddə "Toyota"  yanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda avtomobildə yanğın olub.

Avtosfer.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda “Audi” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində "Toyota" markalı minik avtomobilinin ön hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Oxunub : 1412
ŞƏRH YAZ
Ad

E-mail

Şərh