Bakıda maskaya görə sürücünü döyən sərnişin həbs edildi - VİDEO - YENİLƏNİB

13 nömrəli marşrut avtobusunda ona maska taxmasını deyən sürücünü vuran sərnişinin cəzası bəlli olub.
Qafqazinfo-nun verdiyi xəbərə görə, sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.
O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib.
......
“İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub”. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İdarənin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb. O, etdiyi əməldən peşman olduğunu, hər kəsdən üzr istədiyini deyib.
Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












