Bakıda "ayıq sürücü" itkin düşüb - FOTO

Bakıda "ayıq sürücü" işləyən 26 yaşlı gənc itkin düşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Fərəc Fədai oğlu Sərvanuş bir müddət əvvəl işləmək üçün Bakı şəhərinə gəlib. F.Sərvanuşun anası Məhbubə Tahirova "Report"un yerli bürosuna bildirib ki, oğlu ilə sonuncu dəfə 15 gün əvvəl danışıb: "Fərəc Bakı şəhərində, 28 may ərazisində "ayıq sürücü" kimi çalışıb. Sonuncu dəfə ötən ayın sonunda danışmışam. Daha sonra günlərlə zəng etdim telefonuna zəng çatmadı. Heç bir əlaqə yoxdur. Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat vermişəm. Atası ilə boşanmışam və o, Qəbələ rayonunda yaşayır, ondan da maraqlanmışıq onun da yanında deyil. Xahiş edirəm onu görənlər mənə, polisə xəbər versin". Fərəc Sərvanuşu görənlərdən və yerini bilənlərdən (055) 893-12-40 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













