Bakıda bələdiyyənin qarajı uçub, bir nəfər ağır xəsarət alıb - VİDEO

Bakıda bələdiyəyə məxsus qarjın hasarı uçub, nəticədəbir nəfər ağır xəsarətlər alıb. Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu, Teymur Yaqubov küçəsi döngə 1 ünvanında baş verib. Güclü külək nəticəsində Binəqədi rayon bələdiyyəsinə məxsus qarajın hasarı uçaraq yaxınlıqdan keçən 26 yaşlı Əhməd Əliyevin üzərinə aşıb. Daşların arasında sıxışıb qalan Əhməd Əliyevi yaxınlıqdakı evlərin sakinləri xilas ediblər. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Burada isə onun onurğası və qolunun sındığı, ayaqlarından isə ciddi xəsarət aldığı məlum olub.
Hadisənin şahidi Əhməd Əhmədzadə deyir ki, həmin qarajın hasarının qəzalı vəziyyətdə olması ilə bağlı Binəqədi bələddiyyəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem aradan qaldırılmayıb. Nəticədə də belə bir hadisə yaşanıb.
Hadisədən bir neçə gün keçəndən sonra bələdiyyənin nümayəndələri əraziyə gələrək uçan asarı bərpa ediblər.
Həkimlər Əhməd Əliyevin onurğasında sınıqlar olduğu üçün hələ bir neçə ay yataq rejimində qalacağını bildiriblər.
Faktla bağlı xəstənin yaxınları Binəqədi rayon polis idarəsinə və prokurorluğuna müraciət ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










