Bakıda bərbad vəziyyətdə olan marşrut: köhnə avtobuslar hər an təhlükə yaradır - FOTO

Şəhərin mərkəzi hissəsində avtobus xətləri yenilənsə də bəzi Bakı ətrafı kənd və qəsəbələrin marşrutlarında ciddi problemlər mövcuddur. Avtosfer.az-a müraciət edən vətəndaşlar 123 saylı müntəzəm marşrut xəttindən narazılıq ediblər. Əməkdaşımız problemin yerində araşdırılması məqsədilə bu gün həmin marşurut xəttinin işlədiyi "Azadlıq metrosu" - Novxanı qəsəbəsi ərazisində müşahidələr aparıb, sakinlərlə söhbət edib. Ən böyük problem avtobusların istismara yarasız olması, eyni zamanda intervalın həddindən artıq çoxluğudur. Əməkdaşımız 2 saat ərzində cəmi iki marşurutun işlədiyini müşahidə edib. Eyni zamanda texniki cəhətdən nasaz avtobuslar gec-gec işlədiyi üçün insanlar arasında sosial məsafədən söhbət belə gedə bilməz.
Əməkdaşımızla söhbətimiz zamanı Xatirə Vəliyeva deyir ki, avtobuslar həm köhnədir, həm də yay aylarında kondisioner olmadığı üçün çox çətin durum yaranır. "Avtobusların dəyişməsi yaxşı olardı. Oturacaqlar çox hündürdür. Yaşlı insanlar üçün xüsusilə çətinlik yaranır."
Ənvər adlı sərnişin deyir ki, xəttdə cəmi iki normal avtobus var ki, onlar da çox gec işləyir. Həm də çox böyük olduqları üçün ara küçələrdə hərəkət çətinləşir. Avtobuslar dəyişsə biz də rahat gedib- gələrdik."
Etibar adlı vətəndaş deyir ki, hər gün Novxanı qəsəbəsinə gedir. Xüsusilə pik saatlarda sıxlıq müşahidə olunur. Avtobuslar köhnə olduğu üçün hər an özümüzü təhlükədə hiss edirik. Dəyişməsini istəyirik."
Şəlalə xanım da Novxanıda yaşayır. Deyir ki, avtobuslar tez-tez xarab olur, yolda qalırıq. 20 ildən çoxdur ki, bu avtobuslar işləyir. Dəyişməyə ehtiyac var. Yayın istisində, qışın soyuğunda çox əziyyət çəkirik."
Əməkdaşımız da 123 nömrəli avtobusdan istifadə edərək sakinlərin şikayətini yerində yoxlamaq istəyib. "Azadlıq metrosu" dayanacağından avtobusa minərək bir neçə dayanacaq da hərəkət edib. Həqiqətən də köhnə avtobus çox narahatlıq yaradıb. Hətta 3 dayanacaqdan sonra xarab olan marşrutdan düşüb. Amma geriyə qayıtmaq üçün bir saatdan çox digər avtobusu gözləyib.
Fərid
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA


















