Bakıda daha bir kafe ilə bağlı qalmaqal - “Gecə saatlarına qədər...”

Bakının Zabrat qəsəbəsinin bir qrup sakini etiraz aksiyasına hazırlaşır. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, etiraz doğuran səbəb qəsəbənin Babək küçəsində yerləşən “Zabrat” kafesi ilə bağlıdır. Belə ki, həmin kafedə səslənən musiqi gecə saatlarına qədər davam edir, bu da yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane olur. Bundan başqa, kafedə spirtli içki qəbul edən şəxslərin səs-küyündən, təhqiramiz ifadələrindən sakinlər təngə gəlib. Sakinlərin sözlərinə görə, bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət etsələr də, nəticəsi olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə məsələnin araşdırılacağını bildirib: “Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin yeni rəhbərliyi tərəfindən sakinləri narahat edən həmin məsələ araşdırılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












