Bakıda daha bir piyada səkisini parklanma yeri etmək istədilər - FOTO

Bakının Xəzər rayonu, Şağan qəsəbəsində piyada səkisini parklanma yerinə çevirmək
istəyiblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, ərazidə yeni tikili inşa olunub.
Nəticədə obyektin qarşısında piyada səkisinin bir hissəsi dağıdılıb.
Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq.
Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xəzər rayonu, Şağan qəsəbəsində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı səkinin dağıdılması faktı aşkarlanıb:
“Nəticədə aparılan işlər Baş İdarə tərəfindən dayandırılıb və səkinin bərpa olunması üçün müvafiq xəbərdarlıq edilib”.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Nizami rayonunun Babək prospekti, 109A ünvanında tikilən qeyri-yaşayış binasının qarşısındakı piyada səkisi dağıdılaraq avtomobillər üçün parklanma yeri yaradılırdı.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












