Bakıda daha bir “qoçu” sürücü – 20 Yanvarda tıxacı belələri yaradır - VİDEO

Bakıda özünü “qoçu” hesab edən daha bir sürücü kameralara düşüb. Hadisə 26 noyabr 2018-ci ildə səhər saat 09:30 radələrində baş verib. Sürücü mədəniyyətsizliyi göstərən “qoçu”nun hədəf seçdiyi şəxs isə jurnalist həmkarlarımızdan biri olub. Belə ki, jurnalist Beynəlxalq Avtomobil istiqamətindən gələrək 20 Yanvar dairəsindən dönüb Dərnəgül yoluna çıxmaq istəyib. Bu zaman Mətbuat prospekti istiqamətindən gələn “Hyundai Tukson” markalı avtomobil yol hərəkəti qaydalarını - dairədə hərəkət üstünlüyünü açıq-aşkar və qəsdən pozaraq Moskva prospekti ilə gələn və hərəkət üstünlüyü olan avtomobillərin qarşısını kəsib. Həmkarımız hadisəni belə nəql etdi: “Mən 20 yanvar dairəsinə Dərnəgül yoluna doğru daxil olmaq istəyərkən Mətbuat prospektindən gələn 90 OZ 857 dövlət qeydiyyat nişanlı, “Hyundai Tukson”un sürücüsü faktiki olaraq qəza şəraiti yaradaraq, dairədə hərəkət üstünlüyü olan avtomobilləri gözləməyərək hərəkətini davam etdirdi. Bu zaman sürəti tam azaldıb ona yol verdim ki, keçib getsin, bəlkə naşı sürücüdür. Amma həmin sürücü dairəyə girib, təşəkkür edib getmək əvəzinə hansısa səbəbdən hərəkətini mənim avtomobilimin qarşısında dayandırdı. Bu zaman onun qarşısı tamamilə boş idi. İşarə etdim ki, qarşı tam boşdur, qalmışıq yolun ortasında, sürsün getsin, tıxac yaratmasın. Lakin həmin sürücü özünü sanki bu yolun yiyəsi kimi apararaq, aynanı endirib “sürmürəm” deyib hərəkətiniqəsdən tam dayandırmaqda davam etdi. Maşınımdakı kameranın “qoçuluq” edən sürücünün hərəkətlərini daha yaxşı çəkməsi üçün cihazın istiqamətini onatərəfə yönəltdikdən sonra isə o, hərəkətini davam etdirdi. Bunadək artıq orada hərəkəti tam saxlayıb tıxac yaranmasına səbəb olmuşdu. Bu şəxsin müvafiq qaydada cəzalandırılması lazımdır ki, bir daha cəmiyyətə belə açıq hörmətsizliklər göstərməsin, hərəkəti iflic etməsin”.
Orxan Əli
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












