Bakıda əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Yeni avtobuslar...

Bakıda sərnişinlərin daha çox müraciət etdiyi ictimai nəqliyyat məhz avtobuslardır. Lakin hazırda avtobusların ümumi vəziyyəti heç də ürəkaçan deyil. Bu vəziyyət həm şəhərdaxili, həm də ətraf qəsəbələrdə özünü göstərir.
Avtosfer.az xəbər verir ki, xüsusən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara cavab vermirlər.
Bunun nəticəsidir ki, avtobusların iştirakı ilə qəzalar, yanma halları və digər hadisələr baş verir. Avtobuslarla bağlı vəziyyətin ürəkaçan olmaması əhalini taksilərdən istifadəyə sövq edir.
Mövcud vəziyyətdə avtobuslarla bağlı problemin nə vaxt həll ediləcəyi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumun mətbuat xidmətindən baku.ws-ə bildirildi ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq:
"Hazırda dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması üzərində işlər gedir. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi, təhlükəsiz və effektiv idarəetmə tədbirləri, sərnişinlərin rahatlığının təmin edilməsi əsas məqsəddir. Bu səbəbdən yeni dayanıqlı maliyyə modeli hazırlanıb və yaxın vaxtlarda tətbiqinə başlanılacaq.
Layihənin icraası nəticəsində Bakıətrafı qəsəbələrdə yaşayan insanların ictimai nəqliyyata əlçatanlığı rahatlaşacaq və yeni avtobuslar istismara veriləcək. Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun yenidən dövriyyəyə qaytarılması və bu marşrutun optimallaşdırılması sayəsində əlçatanlığın 90 faizdən çox artırılması gözlənilir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












