Bakıda evdən seyf oğurlayan şəxslər saxlanılıblar - FOTO

Binə qəsəbəsində evlərdən birindən seyf oğurlayan şəxslər saxlanılıblar
Bu barədə Avtosfer.az-a DİN-dən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən evlərdən birindən içərisində 4500 manat nağd pul və 3500 manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Abdulla Mustafayev və Bəxtiyar Rzayev tutulublar.
Araşdırma zamanı məlum olub ki, bu şəxslər seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadıqları evə gətiriblər. Onlar seyfi sındıraraq içərisində olan pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Polislər tərəfindən seyf və oğurlanan qızıllardan bəziləri həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. A.Mustafayev və B.Rzayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir


Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












