Bakıda eyvanlara 3000-dən çox dibçək yerləşdirilib - FOTO

Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal qurumlar və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən əsas küçə və prospektlərdə yerləşən binaların eyvanlarında müxtəlif rəngli güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməyə başlanıb.
Şəhərin Zərifə Əliyeva, Azərbaycan, İstiqlaliyyət, Neftçilər prospektləri, Bünyad Sərdarov, Yusif Səfərov, Svetlana Məmmədova, Rasim İmanov və digər küçələrindəki binaların eyvanları bu dibçəklərlə bəzədilmiş, müxtəlif rəngli ətirşah, qeorgin, petuniya və digər güllər şəhərimizə yeni bir gözəllik gətirərək paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən çox müsbət qarşılanıb.
Mərkəz küçələrdə start verilən aksiyaya paytaxtın bütün rayonları da qoşulub və artıq şəhərin bir çox binalarının eyvanlarının bəzədilməsi işləri böyük vüsət alıb. Sakinlər bu təşəbbüsə qoşularaq fərdi qaydada eyvanlarını müxtəlif rəng çalarlı güllər əkilmiş dibçəklərlə bəzəməyə başlayıb. Artıq eyvanlara 3000-dən çox dibçək yerləşdirilib və bu işlər sürətlə davam edir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












