Bakıda havanı çirkləndirən bir neçə şadlıq sarayı cərimələnib

Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub.
Bu barədə Avtosfer.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Xətai rayonu Lütfizadə küçəsində fəaliyyət göstərən “Kremlin Hall" şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən monitorinq və araşdırma aparılıb.
Xidmətin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib: “Araşdırma zamanı sözügedən obyektdə təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Faktla bağlı “Kremlin Hall" şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib”.
Onun sözlərinə görə, son 10 gün ərzində keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neptun”, “Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.
Xidmət rəsmisi restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib:
"Obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğu təmin edilməli, havaya normadan artıq tullantı atılmasına yol verilməməlidir. Əks halda qanun pozucularına İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcək".
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












