Bakıda həkim səhlənkarlığı: 8 yaşlı qızın qolunu görün necə tikiblər - FOTO

Bakı sakini Yalçın Bəxtiyarov Elmi Tədqiqat Travmatologiya və Ortapediya İnstitutundan şikayətçidir. “Mediapost”a müraciət edən vətəndaş deyir ki, yaxın qohumları olan paytaxt sakini Roman Alyoşkinin 8 yaşlı qızı Mariya Alyoşkin iyun ayının 27-dən 28-ə keçən gecə yıxılaraq qolunu yaralayıb. "Valideynləri təcili yardımla uşağı Nəsimi bazarının yanındakı Travmatologiya mərkəzinə aparıblar. Orada adını bilmədiyimiz arıq, uzunboylu və eynəkli bir həkim uşağı əməliyyat edib. Buna görə 50 manat da pul istəyib. Valideynlərin həmin vaxt cəmi 30 manatı olub. Onu da alıblar. "Həkim" yazdığı reseptdə öz adını qeyd etməyib. Gecə olduğu üçün valideynlər uşağın qoluna baxa bilməyiblər. Səhər sarğını dəyişmək istəyəndə görüblər ki, uşağın qolu sanki vəhşi heyvana qoyulan kimi tikilidir", - şikayətçi bildirib.
Vətəndaş deyir ki, bundan sonra uşağı özəl klinikalardan birinə aparıblar: "Orada yenidən tikişlər sökülüb və təzə tikiş qoyulub. Həkim dəhşətə gəlmişdi ki, heç baytarlar heyvanları bu cür əməliyyat etmir."
Şikayətçi bildirib ki, məsələnin ictimailəşdirilməsini və aidiyyatı qurumların müvafiq tədbir görməsini istəyir.


Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı










