Bakıda III sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi - İşə polis qarışdı

Bakı şəhəri Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 3B sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs zamanı şagird və müəllimlərə qarşı qeyri-etik ifadələr işlədərək tədris prosesinin pozulmasına səbəb olur.
Bu barədə valideynlər şikayət edib. Bildiriblər ki, sözügedən 9 yaşlı şagird sinif yoldaşları olan qızlara qarşı qeyri-etik hərəkətlər edir, digər şagirdləri isə döyürdü. Şikayətlə bağlı həmin şagirdin valideynləri məktəbə çağırılsa da, heç bir tədbir görülmürdü.
Məsələ ilə bağlı 207 nömrəli məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır:
"Məktəbə 22.11.2024-cü il tarixindən özəl ümumi təhsil müəssisəsindən yerdəyişmə etmiş III sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Sinfin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğuna görə şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar. Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı ona xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.
Məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Şagirdin davranışları ilə bağlı hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə məlumat verilib. Valideynə şagirdin xüsusi təhsilə cəlb olunması üçün 1 saylı psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etməsi tövsiyə olunub. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır".
(unikal.az)
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










