Bakıda iş adamlarının maşınlarını soyan “ayıq sürücü” həbs edildi

Bakıda iş adamlarının avtomobillərindən oğurluq edən “ayıq sürücü” həbs edilib.
Avtosfer.az-ın məlumatına görə, Elnur İbrahimxəlilov (soyad şərti) Nərimanov rayonunda “Toyota Land Cruiser Prado” markalı, 99-KS-933 dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək, 7 763 manatı oğurlayıb. Oğurluq edilən avtomobil Nərimanov rayonu ərazisində yerləşən kiosklardan birinin sahibinindir.
Elnur oğurladığı pulu xərcləyib qurtardıqdan sonra yenidən soyğunçuluq etmək qərarına gəlib. Təqsirləndirilən şəxs yenə Nərimanov rayonunda daha bir iş adamına məxsus BMW markalı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək, oradan 1 105 ABŞ dolları və 105 manat oğurlayıb.
Məhkəmənin qərarı ilə 1989-cu il təvəllüdlü, Bakı sakini Elnur İbrahimxəlilov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qaynarinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












