Bakıda itən içi qızıl dolu “mişka” hardadır?

Xəbər verdiyimiz kimi, Bakıda içi qızılla dolu oyuncaq axtarılır. Avtosfer.az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, sözügedən oyuncağın içərisində 4 min manat dəyərində qızıl-zinət əşyaları gizlədilibmiş və o, hələ də tapılmayıb. Bu barədə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Emil Xudayev müraciət edib. Cavan oğlan bildirib ki, iyulun 19-da saat 18:45-də onun anası, 1962-ci il təvəllüdlü Diana Vəliyeva 3 nömrəli marşrut avtobusuna minib və Mərdanov qardaşları küçəsindəki 109 nömrəli binanın qabağında düşüb.
Vəliyeva 4 min manat dəyərində qızıl-zinət əşyalarını gizlətdiyi oyuncaq ayını da özü ilə götürübmüş. Qadın oyuncağı avtobusda unudub. Əvvəlcə şikayətçilər ayını əlavə yardım olmadan tapmağa çalışıblar. Onlar həmin avtobusun sürücüsünə və hətta bir neçə sərnişinə müraciət ediblər. Sərnişinlər oyuncağı balaca bir oğlanın əlində gördüklərini deyiblər. Yəqin ki, oğlan oyuncağı özü ilə evlərinə aparıb.
Polisdən bildiriblər ki, hazırda onlar bahalı oyuncağı tapmaq üçün hərəkətə keçiblər. Asayiş keşikçiləri güman edirlər ki, ayının yeni sahibləri hələ də onun içində nə olduğunu bilmirlər. Ola bilsin, oğlan oyuncağı küçədə yerə atıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












