Bakıda kommunal strukturlar gücləndirilmiş rejimə keçdi - FOTOLAR

Gecə saatlarından etibarən Bakı şəhər və Yasamal rayonunun kommunal strukturları və aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışıblar.
Yasamal Rayon İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisinə digər yerlərə nisbətən daha çox qar yağması ilə əlaqədar səhər saatlarına kimi kommunal xidmətlərin əməkdaşları yüksək təşkilatçılıqla yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini həyata keçirib.
Xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Bununla əlaqədar ərazidə texniki duz toplanan məntəqə yaradılıb.
Gün ərzində hər iki qurumun məsul nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Hazırda qarın intensiv yağması ilə əlaqədar işlər sürətləndirilib, qardan təmizləmə işləri rayonun mərkəzi küçələri ilə yanaşı məhəllədaxili ərazi və iri yaşayış massivlərində də aparılır.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












