Bakıda M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq
Xəbərlər
3 Sentyabr 2022 16:52
Oxunub 1512

Sentyabrın 5-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













