Bakıda maraqlı hadisə: Gecə avtomobilə yaxınlaşır və ... - VİDEO

Gecə saatlarında avtomobilə yaxınlaşan şəxs qəfil onun şüşəsini sındırmağa başlayır. Daha sonra isə əlindəki çəkiclə qabaq faraları və kapotunu döyəcləyir. Avtosfer.az xəbər verir ki, görüntülər paytaxtanı Bakıxanov qəsəbəsi sülh küçəsində təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb. Avtomobilin sahibi samir Həsənov deyir ki,artıq bununla ikinci dəfədi ki,onun maşınına tanımadığı kimsə gecələr gəlib ziyan vurur. İlk dəfə avtomobil əziləndə məhəl qoymasa da, ikinci dəfə kimsə onun avtomibilini təmirdən çıxan kimi yenidən əzib.
Həmin şəxs avtomobildən heçbir oğurluq etməyib. digər maraqlı məqam ondan ibarətdir ki, həyətdəki maşınlardan yalnız onun maşınına zərər yetirilib. Bu məhz şəxsi ədavət ehtimalını gündəmə gətirsə də avtomobilin sahibi Samir Həsənov deyir ki şübhələndiyi adam yoxdur və heç kimlə ədavəti yoxdur. Həmin şəx bunun qarşısını almaq üçün həyətə kamera da quraşdırıb.
Hazırda avtomobil sahibi maşınını yenidən təmir etdirməyə risq etmir. Samir Həsənov narahatdır ki, avtomobili təmir etdirdikdən sonra ona yenə ziyan vursunlar. O məsələ ilə bağlı Sabunçu rayon 13-cü polis bölməsinə müraciət edib və video görüntüləri də polisə təqdim edib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












