Bakıda maşından oğurluq edənlər kameraya düşdü: tapanca, çanta... - VİDEO

Bakıda avtomobildən oğurluq edən iki nəfər anbaan kameraya düşüb. Avtomobilin sahibi Fərid Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Əlimərdanbəy Topçubaşov küçəsində (Kubinka, Türk liseyinin yanında) avtomobilini park edib getdikdən sonra iki naməlum şəxs avtomobildən oyuncaq tapanca və çantanı oğurlayaraq evlərinə gedib. O, kamera görüntülərinə baxdıqdan sonra həmin şəxslərin üzünü yadda saxlayıb. Gecə saatlarında həmin küçəyə yaxınlaşan zaman oğurluq edən şəxsləri taparaq oğurlanan əşyaların geri qaytarılmasını tələb edib. Oğrular dərhal onun əşyalarını geri qaytarıb.
Sürücülərə tövsiyə edirik ki, avtomobili duracağa qoyarkən qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər. Yol Hərəkəti Haqqında Qanunun 52-ci maddəsinin V hissəsində qeyd olunub ki, "nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı və qapıları kilidləməlidir". Görünür ki, oğurluq baş verən avtomobilin qapıları kilidlənmədiyi üçün qapıları rahatlıqla açıblar.
Avtomobilin sahibi F.Süleymanov bu barədə polisə məlumat vermədiyini bildirib. Sözü gedən görüntüləri sizə təqdim edirik!
Təbriz Yusubov
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












