Bakıda maşınların üstünə kərpic atdılar - VİDEO - FOTO

Yasamal rayonunda qəribə hadisə baş verib. Rayonun Həsən Məcidov küçəsi, 3 ünvanında yerləşən “VİTR- Fitness” fitnes klubun yaxınlığında, “Almaz Park” Yaşayış Kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib. Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, həmin bina sakinlərindən biri avtomobillərin üzərinə kərpic, daş, məişət tullantıları ilə dolu tobalar atır: “Dünən avtomobili həmin ərazidə saxlamışdıq. Axşam saat 18:00 radələrində avtomobilin üzərinə binadan daş tullayıblar. Avtomobilə maddi ziyan dəyib. Həmin binanın komendantına müraciət etdik.
Onun dediyinə görə, binada yaşayan sakinlərdən biri ilə bağlı tez-tez şikayətlər olur, amma dəqiq heç nə görən, bilən yoxdur. Məsələ ilə bağlı polisə şikayət ərizəsi vermişik. Ümid edirik ki, ciddi şəkildə araşdırılacaq. Çünki həmin yerdən insanlar da keçir. Bu onların həyatı üçün də ciddi təhlükədir”.
oxu.az
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ














