Bakıda məktəblilərin TƏHLÜKƏLİ anları - FOTOFAKT

Bakıda fəaliyyət göstərən 214 nömrəli avtobusda təhlükəli anlar yaşanıb. Avtosfer.az-a göndərilən fotoda görünür ki, avtobusa minməyə çalışan məktəblilər yer olmadığından qapıdan asılı vəziyyətdə qalıblar. Onların həyatı təhlükə altında qalıb. Sərnişin məsələ ilə bağlı müraciətində bildirib ki, “Qara Qarayev” metro stansiyasından başlayan, son dayanacağı Ramana, Sabunçu qəsəbəsi olan 214 nömrəli avtobusda bu kimi hallar tez-tez yaşanır.
Ümumiyyətlə, paytaxtətrafı qəsəbələrdə (Binəqədi, Masazır, Sabunçu, Ramana və s.) əlavə avtobus xəttlərinə ehtiyac var. Sərnişinlərlə yanaşı daşıyıcı şirkətlər də bunun fərqindədirlər. Onlar çıxış yolunu avtobusların sayının artırılması, intervalın azaldılmasında görürlər. Lakin təcrübə göstərir ki, bu addımlar köklü nəticələrə gətirib çıxarmır.
Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ ilə bağlı daşıyıcıya məlumat verib, xəbərdarlıq ediləcək: “Razıyam sizinlə. Amma burda sərnişinlərimiz də diqqəli olmalıdır. Doğrudur, sürücü belə olan halda nəqliyyat vasitəsini idarə etməməlidir və qapıdan sallanan sərnişinlərin düşməsini tələb etməlidir. Amma əksər hallarda sürücülərin bu tələbi sərnişinlər tərəfindən etirazla qarşılanır. Kimi işə, kimi dərsə gecikməsini əsas gətirərək qapıdan sallanıb gedirlər. Onları ora heç kim məcbur mindirməyib. Bu məsələ ilə bağlı dəfələrlə açıqlama vermişik, sərnişinlərə müraciət eləmişik. Hər hansısa səbəbdən intervalda gecikmələr olur. Başa düşürük, bu gecikmələr narahatlıq yaradır. Amma istənilən halda bu cür qapıdan sallanmaq qəbuledilməzdir”.
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO













