Reklam

Bakıda məşhur ailənin oğlu sürücünü döyüb, cinayət işi açdırdı - ŞOK FAKTLAR

Xəbərlər 7 Noyabr 2017 12:33 Oxunub 4651
Bakıda məşhur ailənin oğlu sürücünü döyüb, cinayət işi açdırdı - ŞOK FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Vallah, bu xaloğlunun əlindən biabır olmuşuq"

Bakıda tanınmış ailənin oğlu taksi sürücüsünü təhqir edib, avtomobilini əzib, daha sonra isə onu döyüb. Avtosfer.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya zərərçəkmiş Fərid Nemətov məlumat verib. O, hadisənin 2015-ci ildə baş verdiyini, 2 ildir ki, təhdid və şantaj edildiyini, zərərçəkən tərəf olmasına baxmayaraq, onun özünə qarşı cinayət işi açıldığını bildirib:

 

Fərid Nemətov

"Ailəmi sürücülüklə dolandırıram. 2015-ci ilin dekabrında İnşaatçılar prospektindən üzü Elmlər Akademiyası istiqamətində hərəkət edərkən arxadan gələn yeddinci nəsil BMW markalı, dövlət nişanı 10-KV-222 olan avtomobil səs siqnalından və işıqlardan istifadə etməklə işarələr göstərərək aramızda olan distansiyanı gözləmədən, təhlükəli manevrlər etməyə başladı. Təhlükəni sovuşdurmaq üçün Əbdürrəhim bəy Haqverdiyev küçəsinə döndükdən sonra avtomobilimi yolun sağına çəkərək ona yol verdim. Lakin BMW-nin sürücüsü avtomobilini mənimlə paralelləşdirərək, yan şüşəsini açıb nalayiq söyüşlər söyməyə və məni hədələməyə başladı. Avtomobilimdə qadın müştəri olduğu üçün cavab vermədim, düşündüm ki, əl çəkər. Amma belə olmadı.  

Ağası Hüseynov

Avtomobili sağ-sol edərək qəfildən dayanır, daha sonra yenidən sürürdü. Bir sözlə avtoxuliqanlıq edirdi. Əl çəkməsi üçün avtomobilimi sağa çəkərək saxladım. BMW getdikdən 2-3 dəqiqə sonra yoluma davam etdim. "Lider TV"yə çatarkən həmin BMW yenidən peyda oldu və həmin hərəkətləri təkrarlamağa başladı. Dözmədim, "Ayıbdı, bir tikə çörək pulu üçün işimi görürəm, sən isə məni tapdalayırsan, təhqir edirsən. Adam kişi olar", - dedim.

Cavab olaraq avtomobilini üstümə sürdü və maşınımı yan tərəfdən əzərək məni yoldan çıxartdı və söyərək sürüb getdi. İrəlidə, Şəfayət Mehdiyev 1054 ünvanında, yeni tikilmiş binanın qarşısında dayandı. Sonradan məlum oldu ki, bura onun yaşadığı binadır. Avtomobilim vurulmuşdu, bu səbəbdən də arxasınca sürüb, binanın qarşısında saxladım. Düşüb, maşınımı vurub qaçdığı üçün YPX-yə xəbər verəcəyimi dedim. Cavab olaraq avtomobilindən düşdü və məni söydükdən sonra sifətimə yumruqla vurdu. Özümü qorumaq üçün əlbəyaxa oldum. Ətrafdakı insanlar və binanın mühafizəçiləri bizi ayırdı.

Davadan sonra harasa getdi və 3 dəqiqədən sonra qayıdıb, məni tutduracağı ilə hədələdi.

Ağası Hüseynovun idarə etdiyi BMW markalı avtomobil

Bu zaman PPX əməkdaşları gəlib, bizi bölməyə apardılar. Orada avtomobilimin əzilməyini və dodağımın yaralandığını qeydə aldılar. Məlum oldu ki, BMW-nin sürücüsü Hüseynov Ağası Hüseynağa oğludur. O, işin onun xeyrinə olmadığını görüb, atasını, qaynatasını və digər qohumlarını yalançı şahid kimi bölməyə gətirdi. Atası, tibb üzrə professor Hüseynağa Hüseynovun köməkliyi ilə səhəri gün polisə heç bir həqiqi əsası olmadan saxta ekspertiza rəyi təqdim etdi. Rəydə guya burnunun sınması qeyd olunmuşdu, halbuki nə burnu sınmışdı, nə də ki, xəstəxanada yatmışdı.Ekspertiza rəyi, yalançı şahidlər hesabına söyülən, döyülən, əmlakı zərər görən şəxs mən olsam da, özümə cinayət işi açdırdılar. İmkansızlıqdan vəkil tuta bilmədim, heç yerə əlim çatmadı. Tapdığım şahidlər isə onun qonşuları olduğu üçün kənarda qalmağı üstün tutdular. Məcbur qalıb barışığa getdim ki, məsələ bağlansın, amma alınmadı. Atası axırıncı dəfə polisdə mənə, "Çuşka, mənə çox yalvaracaqsan. Səni məhv edəcəm", dedi. Ağasının anası, bəstəkar Sədaqət Arifqızı ilə əlaqə saxladıq. O isə, "Çuşkaların əlindən şəhərə çıxa bilmirik. Qoy zülüm çəksin", deyib telefonu söndürdü.

Ağası Hüseynovun anası, bəstəkar Sədaqət Arifqızı

Hadisədən 2 ay sonra Ağası Hüsoynov ABŞ-ın Mayami şəhərinə köçdü. Amma yenə də məndən əl çəkmirlər. Polis deyir ki, gərək sən də o vaxt ekspertiza rəyi alardın. Səhv etmisən. Ancaq barışığa getməklə bu məsələni bağlamaq olar. 2 ildir ki, məhkəmələrdəyəm. Onlar xaricdə kef çəkir, mən isə burada zülüm".

Ağası Hüseynovun Mayamidəki villası

Qeyd edək ki, sözügedən şəxs Ağası Hüseynovun atası Hüseynağa Hüseynov tibb elmləri üzrə professor, həkim və biznesmendir. 2 il Tibb texnikumunun direktoru vəzifəsində çalışıb. Türkiyədə mülkləri var. Anası, bəstəkar Sədaqət Arifqızı Musiqi Akademiyasınnın müəllimidir. Qaynatası, Əfsələddin Zakirov mühim dövlət strukturlarının birinin generalıdır. Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənmək üçün Ağası Hüseynovun atası ilə əlaqə saxladıq. Professor Hüseynağa Hüseynov bu işlə vəkillərinin məşğul olduğunu, nə lazımdırsa, onunla əlaqə saxlamağımızı bildirdi:

http://avtosfer.az/upload/news/99e789.jpg

Ağası Hüseynovun atası, professor Hüseynağa Hüseynov 

- Bizim vəkilimiz var, onunla əlaqə saxlayın nə lazımdırsa deyəcək

 

- Vəkilin əlaqə nömrəsini verə bilərsinizmi, münasibətini öyrənək?
- Xeyr. Məndə yoxdur.
- Ümumiyyətlə vəkiliniz kimdir? Ad, soyadını desəydiniz biz özümüz əlaqə saxlayardıq.
- Vallah mən bilmirəm. Oğlum onunla müqavilə bağlayıb bütün işlərə o, baxır.
- Fərid Nemətov sizin yanınıza barışığa gəldiyini, lakin qəbul etmədiyinizi və 2 ildir ki, ailənizin ona zülm etdiyini deyir.
- 2 ildir əziyyət çəkirsə, bu, öz təqsirindən ötrüdür. Məsələni məhkəmə araşdırır. Mənim bu barədə nəsə deməyimin bir mənası varmı? Təbii ki, mən deyəcəm ki, o, düz demir, oğlum düz deyir. Sizə başqa bir şey deyə bilmərəm. Sağ olun.

Hadisə şahidlərindən biri də Ağası Hüseynovun xalası oğludur. Hadisə ilə bağlı əlavə məlumat öyrənmək üçün onunla əlaqə saxladıq. Tanınmış iqtisadçı-ekspert olan Fuad İbrahimov "Qaynarinfo"ya açıqlamasında xaloğlusuna görə biabır olduğunu, bütün günahın da elə Ağasıda olduğunu bildirdi:

Ağası Hüseynovun xalası oğlu, tanınmış iqtisadçı-ekspert Fuad İbrahimov

"Vallah bu xaloğlunun əlindən biabır olmuşuq. Bu məsələdə açıq-aşkar Ağası müqəssirdir. Belə şeylər etmək olmaz. Mənim evimdə kameralar quraşdırılıb. Həmin görüntüləri Ağasının özünə də göstərmişəm. Kişini açıq-aşkar döyüb, bir o qalmışdı ki, öldürsün. Maşınını vurub, söyüb, döyüb, sonra da özünü məhkəməyə verib. 2 ildir ki, yazıq kişiyə zülm edirlər. Vallah bu qədər qəddarlıq olmaz. Ağasının 2011-ci ildə 11 yaşında qızı rəhmətə gedib, həmin hadisədən sonra o, bütün dünyaya qarşı sanki müharibə elan edib. Bizim onsuz da onlarla münasibətimiz yaxşı deyildi. Qonşuluğa da onu mən gətirmişdim, amma sonradan elədiyi hərəkətlərə görə o qədər başıma vurublar ki, artıq utanıram. Bu, onunla bağlı birinci hal deyil. Anası da, atası da tanınmış adamlardır. Amma elə bil ki, insanlara nifrət edirlər. Bu yetimlə sizin nə işiniz var axı?! Özü də xəstə adamdı. Bundan artıq nə olmalıdır ki, ondan əl çəksinlər. Yanıma da gəlmişdi. Özünə dedim ki, maddi cəhətdən nə sıxıntın varsa, köməklik edə bilərəm, vəkil də tutaram. Mən haqqın tərəfdarıyam. Qardaşımı da şahid kimi çağırmışdılar. O da gedib ifadə verib ki, ayıbdır. Bizə yaraşmaz. Məsələ burasındadır ki, mən qonaqlıqda olan vaxtı zəng vurub ki, təcili polis çağır, üstümə hücum olub. Polisi də mən çağırmışam. 2-3 dəfə polisə çağırıblar gedib məsələni olduğu kimi danışmışam. Kişiyə 127-ci maddə ilə cinayət işi qaldırılıb. İnanın həmin adamı görsəz, işinizi, gücünüzü atıb onu müdafiə edərsiniz".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh