Bakıda narkotik satışı ilə məşğul olan 2 nəfər saxlanılıb - FOTO - VİDEO
Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Elvin Bədəlov Badamdar qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman tutulub.
Onun üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Elvin Bədəlov ifadəsində narkotik vasitələri Ruhin adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə narkotik vasitəni satan Oğuz rayon sakini Ruhin İbrahimov da saxlanılaraq istintaqa təqdim edilib. Ruhin İbrahimovun mənzilinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 43 qram olan satış üçün saxladığı marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərin hər biri izahatlarında Səbail və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












