Bakıda narkotik satışı ilə məşğul olan şəxs ələ keçirilib - VİDEO

Bakıda narkotik vasitələrinin satışı ilə məşğul olan şəxsə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobustan qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi götürülüb.
E.Vəliyev ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












