Banner

Bakıda nə zaman bütün avtobuslar elektrik mühərrikliləri ilə ƏVƏZ OLUNACAQ? - AÇIQLAMA

Xəbərlər 27 Sentyabr 2023 22:00 Oxunub 1774
Bakıda nə zaman bütün avtobuslar elektrik mühərrikliləri ilə ƏVƏZ OLUNACAQ? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Bakıda ilk elektrik mühərrikli avtobus marşrut xəttinə buraxılıb və 5 nömrəli marşrut üzrə hərəkətə başlayıb. Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.

Bəs nə zaman Bakıdakı bütün avtobuslar elektirkli marşrutlarla əvəz olunacaq?

Bu barədə Referans.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, elektrikli avtobusların xəttə buraxılması həm ekoloji, həm də sərnişinlərin rahatlığı üçün daha əhəmiyyətli olacaq:“Yeni avtobusların baha olması da nəzərə alınmalıdır, çünki avtobuslar kifayət qədər bahadır. Yəni ənənəvi avtobusdan ən azı iki dəfə bahadır. Bu baxımdan da onların saxlanılması onlara xidmət və digər məsələlərmütləq nəzərə alınmalıdır. Bundan sonra onların davamlı şəkildə ölkəmizə gətirilməsi barədə danışa bilərik. Hazırda daşıyıcı şirkətlərin marağı, fikri öyrənilməlidir. Bu mümkün olduqdan sonra belə şərait yaradıla bilər”.

Ekspert qeyd edib ki, bu avtobusların qiyməti müxtəlif ölkələrin istehsalından asılı olaraq 600 min manatdan 1 milyon manata qədər dəyişir. Onun sözlərinə görə, daşıyıcı şirkətlərə hər hansı bir güzəşt edilərsə, imkan yaradılarsa onlar bu nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə nail ola bilərlər: “Amma bugünkü şərtlər daxilində inanmıram ki, onlar buna səy göstərsinlər, çünki dövlətdən subsidya ala bilməsələr və hazırkı gedişhaqqı olduğu kimi qalsa, bu daşıyıcı şirkətlərə sərf etməyəcək. Çünki bu sahibkarlıq subyektidir və onlar qazanc düşünürlər. Sahibkarların sitimullaşdırılması həyata keçirilərsə, bu tipli nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi kütləvi hal ala bilər ”.
Elməddin Muradlı əlavə edib ki, “Xaliq Faiqoğlu” şirkəti ilə bu barədə müzakirə aparanda Bakı-Sumqayıt ərazisi təklif olunmuşdu ki, o istiqamətdə təxminən 20 ədəd elektrikli avtobus buraxılsın. Lakin buna kifayət qədər vəsait lazım oldu”.

“Təkcə bu layihə 40 milyon manatdan çox pul tutmuşdu. Amma hər bir halda vətəndaşların məmnunluqu, rahat və təhlükəsiz hərəkəti üçün ola bilsin ki, dövlət tərəfindən belə bir addım atılar və belə nəqliyyat vasitələri ölkəmizə kütləvi şəkildə gətirilər. Daşıyıcı şirkətləri də dinləmək lazımdır. Həm ekoloji təmiz, həm də isitmə, soyutma sistemi cəhətdən müasir nəqliyyat vasitəsidir. Elektrikli avtobusların kütləvi gətirilməsi intervala da təsir edə bilər. Eyni zamanda insanlar şəxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verəcəklər” – deyə o qeyd edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Referans.az bildirildi ki, ölkəyə elektrik mühərrikli avtobusların cəlb olunmasına dair işlər aparılır: “Elektrik avtobusun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaсaq. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək. Ölkədə elektrik avtobuslardan istifadənin genişləndirilməsi istiqamətində işlər aparılır.”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh