Reklam

Bakıda “Niva” ilə qadını sürüyüb bu hala saldılar - FOTOLAR

Xəbərlər 8 Avqust 2017 17:05 Oxunub 13962
Bakıda “Niva” ilə qadını sürüyüb bu hala saldılar - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gördüm, qızımın rəfiqəsi arxada, iki oğlan da qabaqda oturub"

Bakıda “Niva” markalı maşın qadını sürüyüb. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə Hövsanda Elman Qasımov küçəsində qeydə alınıb. Belə ki, iyulun 28-dən 29-na keçən gecə 10-XP-006 dövlət nömrə nişanlı “Niva” markalı maşının sürücüsü Bədəlova İlhamə Abdulla qızını sürüyərək, 1975-ci il təvəllüdlü qadının bədəninin müxtəlif yerlərindən xəsarət almasına səbəb olub. Saytımıza açıqlama verən İlhamə Bədəlova hadisənin təfərrüatını danışmaqla yanaşı, işə polis tərəfindən düzgün qiymət verilmədiyini iddia edir: “Böyük qızım gəldi ki, sabah toya gedəcəm, rəfiqəmgildə qalmaq istəyirəm. Mən də icazə vermədim. Sonra dedi ki, çantam rəfiqəmdə maşında qalıb. Mən də dedim ki, gedib götürərəm. “Niva” markalı maşına yaxınlaşıb, çantanı götürəndə gördüm rəfiqəsi arxada, iki oğlan da qabaqda oturub. “Çantanı ver” deyəndə, oğlan maşını sürdü, avtomobilin pəncərəsindən asılı vəziyyətdə qaldım. Maşın məni 10 metr sürüdü. Nəticədə yıxıldım, başım yerə dəydi. Başımdan qan açıldı.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları yaxınlaşdılar. Məndən maşının nömrəsini soruşanda, dedilər ki, o “Niva” bayaqdan aşağı-yuxarı hərəkət edir, əcəlini axtarırdı. Türkan qəsəbəsi tərəfdə həmin şəxsləri həbs etdilər. Təcili tibbi yardım çox gec gəldi, məni Post Patrul Xidmətinin maşını ilə “skoru”ya apardılar. Daha sonra isə 3 saylı Sabunçu xəstəxanasına aparıldım. 4 gün orada qaldım. Xəstəxanada yatdığım müddətdə polisdən mənimlə maraqlanan olmadı.

Xəstəxanadan çıxdıqdan sonra Suraxanı Rayonu Polis İdarəsinə yaxınlaşdım. Təhqiqatçı Taleh Cəfərov dedi ki, izahata qol çək. Mən də qol çəkmədim. Çünki hadisənin araşdırılması məni qane etmədi. Nəticədə hadisə ilə bağlı şikayət ərizəsi yazdım. İşimin yubadılması məni narahat edir. Deyirlər ki, tibbi ekspertiza hələ rəy verməyib. Halbuki ekspertizadan avqustun 1-dən keçmişəm. Daha sonra ekspertizadan keçdiyim yerə getdim, niyə rəy vermədiklərini soruşdum. Oradan da dedilər ki, polisdən sənəd gəlməmiş rəy yaza bilmərik. Qızımla da söhbət etmişəm. Deyir, rəfiqəmdən başqa maşındakıları tanımıram. Sən demə, həmin vaxt maşını idarə edən də, onun yanında əyləşən də içkili olublar”.

Məsələ ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Taleh Cəfərovla da əlaqə saxladıq. Polis məmuru isə saytımıza açıqlamasında hadisənin qanun çərçivəsində, tam obyektiv şəkildə araşdırıldığını, buna uyğun da müvafiq addımlar atılacağını bildirib: “Rəsmi qaydada hüquq-mühafizə orqanlarına müraciət etmək vətəndaşın ixtiyarındadır. Hadisə 29 iyul 2017-ci ildə baş verib. Hələ hadisənin 20 gün araşdırma müddəti tamam olmayıb. Vətəndaş tibbi ekspertizadan keçib, amma hələ rəy alınmayıb ki, ona uyğun da addım ataq. Biz xəstəxanaya sorğu göndərmişik. Yəqin ki, 1-2 günə rəyi alıb, ona uyğun da hərəkət edəcəyik. “Niva”da olan şəxslər də polis nəzarətindədir. Qanun nəyi tələb edirsə, ona uyğun da tədbirlər görüləcək. Vətəndaşın özü də, vəkili də gəlib hadisənin gedişatı ilə maraqlana bilər”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ismayil 9 Avqust 2017 01:34
Salam.Bir tanishimin avtomobilini bash etibarname ile idare edirdim mende olan vaxti 3 mmxam olub.Birinen 3,birinen 4,birinen 11 ay kecib.Hamisida QERARSIZDI.Indi hemin tanishim avtomobili satib alan adamda oz adna kecirtmeybistyir.DYP de bu qearrsiz mmxalara gore nese problem cixarda bilerler alan adam adna kecirdendeMen neynemeliyem qanuni terefdenMenim etibarnamemin vaxti qutardi qutarmadi nese ferq eliyirmi