Bakıda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi - FOTO

Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi küçəsi, 32A ünvanındakı park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi.
Avtosfer.az xəbər verir ki, abalaşdırılan parkda azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydança, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları quraşdırıldığı idman meydançası yaradılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.
Parkda elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, səki və tamet daşları yenilənib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərazidə yaşıllaşdırmanın və bioloji müxtəlifliyin artırılması məqsədilə parkın ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 150 ədəd Eldar şamı, 147 ədəd kiparis və 4000-dən artıq müxtəlif növ kol əkilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












