Bakıda ödəmə terminalını oğurlayan şəxslər saxlanılıb - VİDEO

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan, içərisində 10 362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar.
Araşdırma zamanı bu şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq etdikləri məlum olub.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. N.Alxanov və M.Fətiyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












