Bakıda oğurlanan avtomobilin sahibi: “Elə bil yer yarılıb...” - FOTO
Xəbərlər
28 May 2020 09:18

“Axşam avtomobili park edib evə getdim, səhər isə yerində olmadığını gördüm"
Bakıda avtomobil oğurlanıb. Bu barədə oxu.az-a avtomobilin sahibi məlumat verib. O bildirib ki, hadisə mayın 25-i paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov, 24 ünvanında baş verib: “Axşam saatlarında avtomobili qeyd etdiyim ünvanda park edib evə getdim. Səhər isə avtomobilin yerində olmadığını gördüm. Gecə 90-UB-291 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilim oğurlanıb.
Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verdim. Ərazi üzrə Qaradağ rayon 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hələ də heç bir xəbər yoxdur. Elə bil yer yarılıb, maşın içinə girib. Nə görən var, nə bilən”.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxunub : 3016
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












