Bakıda onlayn yolla narkotik satan şəxslər tutulub - VIDEO

Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəlcə paytaxt sakini Nicat Bayramov tutulub. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 43 qram heroin və metamfetamin aşkar edilib.
Araşdırma zamanı Nicat Bayramovun narkotikləri tanışları Səxavət və Cavidan adlı şəxslərdən aldığı müəyyən olunub.
İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslər - əvvəllər məhkum olunmuş Səxavət Məmmədov və Cavidan Şükürzadə də tutularaq istintaqa təqdim ediliblər. Onlardan sosial şəbəkələr vasitəsi ilə satış üçün əldə etdikləri 4 kiloqramdan artıq heroin, marixuana və 28 ədəd psixotrop tərkibli həb aşkar olunub.
Qeyd edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











