Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olundu - FOTO

Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndirilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formlaşdırılması ilə bağlı məsələlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun Bakıda keçirilən iclasında müzakirə olunub.
Azərbaycan, Gürcüstan və Qazaxstanın dəmir yolları, liman şirkətləri və digər tərəfdaşların birgə qatıldığı görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını daha da təkmiləşdirmək baxımından qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi geniş müzakirə olunub.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiyası”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib. Belə ki, əməkdaşlığın yeni formatının müəyyən edilməsi, tarif siyasətinin bazar tələbatına uyğun formalaşdırılması, alternativ marşrutlarla müqayisədə Orta Dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılması, dəhlizin beynəlxalq müstəvidə marketinq fəaliyyətinin düzğün formalaşdırlması və s. istiqamətlərdə atılması zəruri olan addımlar nəzərdən keçirilib.
Qeyd edək ki, hazırda Orta Dəhlizin funksionallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası hazırlanır, bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır, ən yaxşı təcrübələr öyrənilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il nöyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.


10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var










