Bakıda övladları polis tərəfindən tapılan qadın nazirə məktub ünvanlayıb

Bakıda övladları oğurlanıb, daha sonra tapılan Çiçək Aslanova Daxili İşlər naziri Vilayət Eyvazova məktub ünvanlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Ç.Aslanova övladlarının itkin düşməsi barədə müraciətinin müsbət həllini tapmasında göstərdikləri köməyə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirib.
O, məktubunda Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edib.
Xatırladaq ki, avqustun 15-də Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu itkin düşüblər. Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edilib.
Daha sonra Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki azyaşlı Bərdə rayonunda tapılıb. Həmin uşaqları oğurlamaqda şübhəli bilinən 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












