Bakıda Prius-un yanacağı və enerjisi eyni vaxtda bitdi - Yolun ortasında qaldı

Bu məsələyə qayıtmaq istəməzdim, lakin son 3 gündə rastlaşdığım 2 hadisə məni mövzunu təkrar işıqlandırmağa vadar etdi.
3 gün əvvəl Xocəsən metro stansiyasından Lökbatana gələrkən Prius sürücüsü dedi ki, “benzin qurtarıb, Allahın köməyi ilə zapravkaya çatarıq. Hələ 36 km gedə bilərəm”.
Amma maşın heç 6 km gedə bilmədi Meyvəli bazarının yanındakı yanacaqdoldurma məntəqəsinə təxminən 100 metr qalmış batareya da bitdi.
Aprelin 15-də saat 20 radələrində isə başqa bir Priusun Şəhidlər xiyabanı qarşısındakı keçiddə söndüyünü gördüm. Polisin köməyi ilə sürücü kola qabındakı benzini çənə tökərək uzaqlaşdı.
Əgər təkcə mən son3 gündə 2 oxşar halla rastlaşmışamsa, deməli problem kifayət qədər böyükdür. Bəs nə üçün sürücülər elektrikə arxayın olub yanacaq bitənədək maşın sürürlər? Yanacaq almağa pul yoxdur? Cavab müsbət olsa belə, əsas deyil. Elə isə səbəb nədir? Çox böyük ehtimalla sovet dövründən qalmış atavizm, yəni əcdada bənzəmə. Sovet vaxtı yanacaqdoldurma məntəqələrinin azlığına görə sürücülər kanistrdə benzin gəzdirirdilər. son 20 ildə buna zərurət qalmayıb. Lakin kola qabı hələ də “ehtiyatlı sürücülər”in baqajını tərk etmir.
Köhnə Jiqulıi üçün ciddi problem yaratmasa da, yanacağın bu cür “axırına çıxmaq” müasir avtomobillərə ciddi ziyan vurur. Az yanacaqla işləyən nasos həm qızır, həm də ikiqat güclə çalışaraq sərfiyyatı artırır. Çənin daim yarımçıq olması korroziya riskini artırır ki, bu da mühərrikin düşmənidir. Son nəticədə yanacağa 5 manatdan çox pul verməyə əli gəlməyən sürücü axırda daha çox xərc çəkir.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












