Bakıda qadın gözəllik salonlarından eyni üsulla oğurluq etdi - VİDEO
Xəbərlər
2 Sentyabr 2020 16:47

Bakıda qadının gözəllik salonlarından oğurluq etməsi kameraya düşüb. Bununla bağlı görüntüləri Baku.ws yayımlayıb. Paytaxt sakini Murad Sərxanovun sözlərinə görə, ötən gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən gözəllik salonuna bir qadın daxil olub. Saat 12:00-da qadın salonda olanların başını qarışdırıb və divana oturub. O divanda olan digər müştərinin çantasından pul qabını çıxarıb və içərisindəki 200 manatı oğurlayıb.
Pulu oğurlanan qadının həyat yoldaşı məsələ ilə əlaqədar 13-cü polis bölməsinə müraciət edib. Məlum olub ki, həmin qadın bir neçə gün əvvəl eyni üsul ilə Nəsimi rayonu, 28 may metrosu yaxınlığında yerləşən gözəllik salonundan oğurluq edib. Həmin vaxt qadın 400 manat pul oğurlayıb.
Hər iki hadisənin görüntülərini təqdim edirik.
Oxunub : 5060
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 20:33
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
17 Noyabr 2026 19:02
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
17 Noyabr 2026 14:00
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
ŞƏRH YAZ












